"Qarabağ"dan ayrılan yarımmüdafiəçi Julio Romao Ağdam klubu və azarkeşləri ilə vidalaşıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı videomüraciət edib:
"Artıq sağollaşmaq vaxtı gəlib çatıb. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"
Qeyd edək ki, Julio Romao artıq Macarıstan "Ferensvaroş" klubu ilə müqavilə imzalayıb.