Bakı. Trend:
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində planauyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxışkeçirilərək, xəttə buraxılıb.
Trend xəbərverir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətiməlumat yayıb.
Bildirilib ki, həmin qatarın sərnişin salonunun tavanhissəsindən axıntı barədə məlumat daxil olub.
"Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstərişverilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib.İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəkiqovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemiilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texnikiaraşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qəraraalınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqlaxətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib", məlumatda qeydedilib.