ABŞ prezidenti Donald Tramp Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və onun “bədxah təsirinə” qarşı çıxmaq üçün “maksimum təzyiq” strategiyasını yenidən aktivləşdirməyə qərar verib”.
Tramp Xəzinədarlıq və Dövlət Departamentlərinə İranın neft ixracını “sıfırlamaq” və ABŞ-ın İrana qarşı sanksiyalarını pozanlara qarşı yeni sanksiyalar tətbiq etmək və ya olanları daha da sərtləşdirməyi tapşırıb. “Reuters”in verdiyi xəbərə görə, administrasiya həmçinin müttəfiqlərlə əməkdaşlıq edərək Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq sanksiyaları yenidən tətbiq etməyə çalışır.
Bu arada ABŞ rəsmiləri “The New York Times” qəzetinə yeni kəşfiyyat məlumatı açıqlayıblar ki, iranlı alimlərdən ibarət məxfi qrup nüvə silahı hazırlamaq üçün daha sürətli, hətta primitiv üsullar da araşdırır. Tehran nüvə bombasının istehsalını sürətləndirməyə qərar verərsə, onu ballistik raketə quraşdırmaq mümkün olmayacaq.