AZ

Bakı Metropoliteni kameradan su sızması ilə bağlı açıqlama verib

Xəbər verdiyimiz kimi, Bakı metrosunda qatarlardan birinin kamerasında su sızması baş verib. 

Məlumata görə, bu gün saat 14:30 radələrində, metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a açıqlama verib.

Onun sözlərinə görə, yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb:

"Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib".

Mətbuat katibi bildirib ki, ilkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb:

"Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib".

Əli Hüseynov

Seçilən
1
14
bakivaxti.az

10Mənbələr