Avropa Futbol Assosiasiyaları İttifaqı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci il Avropa çempionatının seçmə turnirinin püşkatma mərasimi prosedurunu açıqlayıb.
"Operativ Media" xəbər verir ki, püşkatma mərasimi sabah Nyonda baş tutacaq. Yarışda ümumilikdə UEFA-ya üzv olan 53 assosiasiyanın komandası iştirak edəcək.
UEFA sənədində deyilir: "Lixtenşteyn Federasiyası gənclərdən ibarət komandaya daxil olmayıb və Rusiyanın növbəti bildirişə qədər fəaliyyəti dayandırılıb".
AVRO-2027-nin ev sahibi kimi Albaniya və Serbiya birbaşa final mərhələsinə vəsiqə qazanıb. Onların komandaları püşkatmada iştirak etmir.
Püşkatmanın nəticələrinə əsasən, doqquz seçmə qrup formalaşacaq, altısı altı komanda, üçü isə beş komanda ilə.
UEFA müvafiq reytinq əsasında altı səbət yaradıb.
Səbət 1 . İspaniya, İngiltərə, Portuqaliya, Hollandiya, Almaniya, Fransa, Ukrayna, İtaliya, Danimarka;
Səbət 2 . Rumıniya, İsveçrə, Xorvatiya, Çexiya, Polşa, Norveç, Belçika, Gürcüstan, İrlandiya;
Səbət 3 . Sloveniya, Finlandiya, İsveç, Avstriya, Slovakiya, Yunanıstan, İslandiya, Macarıstan, Bolqarıstan;
Səbət 4 . Şotlandiya, Uels, İsrail, Şimali Makedoniya, Türkiyə, Kosovo, Şimali İrlandiya, Farer adaları, Moldova;
Səbət 5 . Belarus, Monteneqro, Bosniya, Kipr, Latviya, Litva, Qazaxıstan, Azərbaycan, Lüksemburq;
Səbət 6 . Estoniya, Malta, Ermənistan, Andorra, Gibraltar, San Marino.
Ermənistan və Azərbaycan, Belarus və Ukrayna, Cəbəllütariq və İspaniya, Kosovo və Bosniya eyni qrupa düşə bilməz.
2027-ci ilin iyun-iyul aylarında keçiriləcək Avropa çempionatında 16 komanda çıxış edəcək. Onun nəticələrinə əsasən 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları müəyyənləşəcək.