Növbəti illərdə də istismar müddəti bitən elektrik sayğaclarının yeni sayğaclarla əvəz olunması, həmçinin yeni quraşdırılan sayğaclarda smart sayğacların faiz nisbətinin artırılması planlaşdırılır.
Bu barədə Teleqraf.com-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, gələcək dövrlərdə də enerji itkilərinin azaldılması, eləcə də müasir texnologiyaların və innovativ metodların tətbiqinin təşviqi istiqamətində Cəmiyyət tərəfindən işlər davam etdiriləcək.
Qeyd edək ki, rəqəmsal şəbəkə texnologiyaları paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır. İtkilərin azaldılması istiqamətində mühüm addımlardan biri də smart sayğacların quraşdırılması prosesinin sürətləndirilməsidir. Belə ki, müasir sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır, eyni zamanda qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.