Bakı. Trend:
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımovvəfat edib.
Bu barədə TrendAMEA-dan məlumat verilib.
Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərindəanadan olmuşdur. Moskva Dövlət Universitetinin Fizikafakültəsini bitirmişdir (1963). Elmlər namizədi (1969),elmlər doktoru (1979) elmi dərəcələri almış, 1989-cuildə AEA-nın müxbir üzvü seçilmişdir.
AEA Fizika İnstitutunda (1963-1965) işləmiş, 1965-ciildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda(Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsindəçalışmış, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatlarımərkəzlərində elmi fəaliyyətini davam etdirmişdir.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementarzərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsrolunmuşdur. Lokal kvant nəzəriyyəsinə alternativ kvantsahə nəzəriyyəsinin qurulması onun mühümnəticələrindən biridir. Alim burada Plank sabiti və işıqsürəti ilə yanaşı, yeni universal sabit – fundamentaluzunluğu da daxil etmişdir. Bu nəzəriyyə çərçivəsindəyüksək enerjilərdə yeni fiziki hadisələrinmövcudluğu proqnozlaşdırılmışdır.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəzakonsepsiyası əsasında iki cismin relyativistprobleminə yanaşma üsulunu vermiş və Şredinger kvantmexanikasını inkişaf etdirmişdir. Lorens qrupundaKazimir operatorunu relyativistik hissəciklərarasında məsafə kimi interpretasiya etmiş və bunukvant mexanikası məsələlərinin həllinə tətbiqetmişdir. Bu interpretasiya və Furye ayrılmalarındanistifadə etməklə fəzanın relyativistikkonfiqurasiyasını qurmuş və bununla da dalğatənliklərinin həllində differensial hesablamalarlayanaşı, sonlu fərqlər üsulunun tətbiqinin dəsəmərəliliyinin artırılmasına nail olmuşdur. Buyanaşma proton modelinin, kvark modellərinin, yüksəkenerjilərdə adronların yayılması, relyativistiknüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqinitapmışdır.
Alim həmçinin kvant sahə nəzəriyyəsinin hamiltontəsvirindən istifadə etməklə işıq konusundadinamikanın təsviri üçün səmərəli üsul işləmiş vətətbiq etmişdir. Kvant sahə nəzəriyyəsindəkvazipotensial yanaşma əsasında relyativistik kvantmexanikasının sonlu-fərq variantını inkişafetdirmişdir. Relyativistik kvant mexanikasıçərçivəsində səpilmə nəzəriyyəsi və kvantmexanikasında istifadə olunan yaxınlaşmalarınanaloqlarını qurmuş, sonlu-fərq tənliklərininxassələrinə əsaslanaraq, kvarkların konfaynment(tutulub saxlanma) mexanizmini təklif etmişdir.
Kvant fəzası konsepsiyasını inkişaf etdirmiş,Şredinqer tənliyinin bir sıra dəqiq həllərinitapmışdır.
Rüfət Mir-Qasımov 150-dən çox elmi əsərin müəllifiidi.