AZ

Moldovanın keçmiş prezidenti Ukrayna torpaqlarına iddialarını bildirib

Rusiyayönlü Moldova Sosialistlər Partiyasının lideri İqor Dodon Avropa siyasətçilərinin guya öz aralarında bölmək istədikləri Ukraynadakı “Moldova torpaqları”ndan danışıb.


Dodon Rumıniya prezidentliyinə ifrat sağçı rusiyapərəst namizəd Kalin Georgescu-nun son bəyanatına və onun Ukrayna torpaqları ilə bağlı “bir gün Rumıniyaya qayıdacaq” ərazi iddialarına cavab verib.

“Avropa İttifaqından, Rumıniyadan və artıq Ukrayna torpaqlarını parçalayan bəzi siyasətçilərə bir irad bildirmək istərdim. “Əvvəla, adlarını çəkdiyiniz torpaqlar tarixən Moldovadır, bəziləri”, - Moldovanın keçmiş prezidenti deyib.

Onun sözlərinə görə, bu torpaqlarda hazırda “moldova dilində danışan yüz minlərlə moldovalı” yaşayır. O əlavə edib ki, Moldova “dəniz dövləti statusundan məhrum edilib”.

“İkincisi, dəniz dövləti statusundan məhrum olan biz Sovet Moldovası idik. Ölkənin cənubunu, şimalını əlimizdən aldılar. “Keçən əsrin ortalarında “Xruşşov islahatı” adlandırılan islahatları həyata keçirməklə qeyri-qanuni qərar qəbul edilib”, - Dodon bildirib.

 

Nigar

 

Seçilən
11
oxu24.com

1Mənbələr