“Qarabağ”la müqaviləsinə xitam verən Julio Romao karyerasını "Ferentsvaroş"da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi Macarıstan təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Romao Ağdam təmsilçisində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.