Bu gün Azərbaycan Kubokunda 1//4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
İlk oyunda “Neftçi” Tovuzda “Kəpəz”lə üz-üzə gəlib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, mərhələnin digər oyunları sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral
16:00 “Kəpəz” – “Neftçi” 0:2
Qol: S. Ağadadaş 35, Y. Matias 69,
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu
“Kəpəz”: 22. Məmməd Hüseynov 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 11. Trent Buhagiar 3. Mahamadu Ba 10. Karim Lkoça 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 1. Rojerio Santos 18. Elgün Bayramov 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 26. Valdemar Almeyda 9. Luis Paçu
Baş məşqçi: Azər Bağırov
“Neftçi”: 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 18. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 90. Ramil Şeydayev 13. Emil Səfərov 80. Həbib İsmayılov 78. Elcan Əbilov 47. Murad Məmmədov 23. Robert Bauer 20. Alfa Konte 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
“Qəbələ”nin futbolçusu 10 oyunluq diskvalifikasiya olunub
AFFA Ruslan Abışovu cəzalandırdı
AFFA "Turan Tovuz"u 3500 manat cərimələyib
"Qarabağ"ın yeni 9 nömrəsi
Millimizin üzvləri ilə görüş keçirilib