Bakı. Trend:
Ağdam rayonunun Şahbulaq kəndi ərazisində turizm infrastrukturuyaradılacaq.
Trend-in əldəetdiyi məlumata görə, kənd ərazisində yerləşən Şahbulaq qalasıbərpa olunacaq və eyni zamanda qala ətrafında turizm infrastrukturusalınacaq.
Belə ki, artıq bununla bağlı Dövlət Turizm AgentliyininQoruqları İdarəetmə Mərkəzində müvafiq işlər start götürüb.
Qurum sözügedən işlərin icrasına 3,8 milyon manat vəsaitin sərfolunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndiyaxınlığında yerləşən Şahbuqlaq qalası 1751-1752-ci illərdə Qarabağxanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmiədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iriqəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən,bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasınıinşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəziolub.