AZ

İt döyüşləri təşkil etdiyi üçün görün neçə əsr həbs CƏZASI ALDI

ABŞ-ın Corciya ştatının sakini it döyüşlərinin təşkilinə və heyvanlara qarşı amansızlığa görə 475 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd olunub ki, bu, it döyüşü ilə bağlı indiyə qədər çıxarılan ən böyük cəzadır.

Cinayət işi 2022-ci ildə "Amazon"-un çatdırılma işçisinin aidiyyəti qurumlara ağır zəncirlərlə bağlanmış bir neçə arıq it gördüyünü söyləməsi ilə başlanıb. Məlum olub ki, ərazidə 107 it olub. İddia edilir ki, onlar qarışıq cinsdir. Bütün itlərdə zorakılıq əlamətləri müşahidə olunub.

Seçilən
5
publika.az

1Mənbələr