AZ

Premyer-liqada bu mövsüm VAR neçə dəfə səhvə yol verib?

Dünyanın ən güclü çempionatlarından biri olan İngiltərə premyer-liqasında bu mövsüm VAR tərəfindən yol verilən səhvlər açıqlanıb.

''Football-plus.az'' xəbər verir ki, Premyer-liqanın Önəmli Matç Olayları (KMI) paneli geridə qalan 23 həftə ərzində VAR-ın 13 dəfə səhvə yol verdiyini açıqlayıb. Bunlardan 4-də VAR yanlış müdaxilə edibsə, 9-da əksinə müdaxilə etməməklə səhvə yol verib. Ancaq səhvlərdə ötən mövsümlə müqayisədə azalma müşahidə olunur.

Belə ki, ötən mövsümün ilk 23 turundan sonra VAR-ın 20 dəfə səhvə yol verdiyi aşkarlanmışdı. Maraq üçün bu mövsüm premyer-liqada indiyə qədər baş tutan 239 qarşılaşmada 70 dəfə VAR müdaxiləsi qeydə alındığını bildirək. Maraqlıdı ki, ''Mançester Yunayted''in sabiq baş məşqçisi Erik ten Haqın yanlış VAR qərarının qurbanı olduğu üzə çıxıb.

Belə ki, oktyabrda ''Yunayted'' Ten Haqın dönəmində keçirdiyi son oyunda səfərdə ''Vest Hem'' ilə qarşılaşdı. Açıqlanan məlumata görə ''Vest Hem''in o oyunda son anlarda VAR müdaxiləsi ilə qazandığı penalti yanlış imiş. Daha doğrusu, VAR epizoda müdaxilə etməməli imiş. Amma həmin qol sayəsində londonlular 2:1 qalib gəlmiş və ertəsi gün ''qırmızı şeytanlar''da Ten Haq dönəmi başa çatmışdı.

ƏLİ

Seçilən
38
football-plus.az

1Mənbələr