AZ

Rusiyada polislərə yeni səlahiyyət verildi

Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki,  əvvəllər qanunsuz miqrantların deportasiya edilməsi yalnız məhkəmə qərarı ilə həyata keçirilirdi. Lakin yeni qaydalara əsasən, polis əməkdaşları da bu səlahiyyəti əldə edib.

Bundan əlavə, bu gündən etibarən sərhəd nəzarəti zamanı giriş və ya çıxış qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb ediləcək.

Cərimələr belə müəyyən edilib:

Adi vətəndaşlar: 2 000 - 5 000 rubl
Vəzifəli şəxslər: 30 000 - 50 000 rubl
Hüquqi şəxslər: 400 000 - 800 000 rubl

Eyni zamanda, fevralın 5-dən Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyası ilə bağlı yeni miqrasiya rejimi qüvvəyə minib. Qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcək və bu reyestr çərçivəsində onların hüquqları məhdudlaşdırılacaq.

Yeni məhdudiyyətlərə görə, miqrantlar:

DİN-in icazəsi olmadan yaşayış yerini dəyişə bilməyəcəklər
Yaşadığı regiondan kənara çıxa bilməyəcəklər
Nəqliyyat vasitəsi idarə edə bilməyəcəklər
Daşınmaz əmlak ala bilməyəcəklər
Bank hesabı açıb əməliyyatlar həyata keçirə bilməyəcəklər

Xatırladaq ki, ötən il 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə Rusiyadan məcburi qaydada çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 min təşkil edib.

Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr