AZ

“Neftçi” “Kəpəz”i 2 cavabsız qolla yendi - Azərbaycan Kubokunda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Tovuzda baş tutub.

Ev oyunlarını burada keçirən “Kəpəz” “Neftçi”ni qəbul edib. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. Bu, sözügedən komandaların kubokdakı 13-cü oyunu idi. Əvvəlki 12 oyunda “Kəpəz” 4, “Neftçi” 6 qələbə qazanmışdı, 2 görüş bərabərliklə yekunlaşmışdı. “Neftçi” son 6 matçda qol vurmuşdusa, “Kəpəz” son 7 görüşdə qələbə qazanmamışdı.

Elə bu görüşdə də ənənə davam edib. Paytaxt təmsilçisi səfər matçında inamlı qələbə qazanmaqla yarımfinala yaxınlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunu
5 fevral

“Kəpəz” – “Neftçi” 0:2
Qollar: Ağadadaş Salyanski, 35, Yuri Matias, 69.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 16:00.

Kəpəz: 22. Məmməd Hüseynov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 3. Mahamadu Ba, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu.
Baş məşqçi: Araz Bağırov.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Seçilən
17
2
arena.az

7Mənbələr