AZ

Finlandiya prezidenti ABŞ-ın xarici siyasətini qiymətləndirir

ABŞ-ın xarici siyasəti Finlandiya və bütövlükdə Avropa üçün problemdir.

SİA-nın məlumatına görə, “İnterfaks” xəbər verir ki, bu fikri respublika prezidenti Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, ABŞ-ın xarici siyasəti hazırda “çoxtərəflilikdən daha çox transaksiyaya” əsaslanır.

Stubb izah edib ki, tranzaksiyalizm ayrı-ayrı ölkələrin fərdi qərarlarına əsaslanan siyasətdir.

…Bu, Finlandiya və Avropa üçün bir problemdir.

Bunu deyən Finlandiya prezidenti hesab edir ki, Avropa ABŞ-la sıx əməkdaşlığı davam etdirməlidir, lakin öz prinsiplərinə güzəştə getməməlidir.

Stubb söz verib ki, Helsinki demokratiya, qanunun aliliyi və beynəlxalq hüquqa riayət etməyə davam edəcək.

…Trampın hərəkətləri Çin və Rusiyanın mövqelərini gücləndirəcək O, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ortamüddətli perspektivdə tapılmalıdır. Bununla yanaşı, Stubbın fikrincə, yaxın gələcəkdə Kiyevə dəstək davam etdirilməlidir.

Əli Babayev

Seçilən
2
sia.az

1Mənbələr