Demokrat.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Nəşrin məlumatına görə, hərəkat iştirakçıları bir çox ştatların paytaxtlarında və digər böyük şəhərlərdə küçələrə çıxacaqlar. Amerika liderinin siyasəti ilə razılaşmayanlar sosial şəbəkələrdə “Layihə 2025” əleyhinə təbliğat aparırlar. Xüsusilə də Trampın immiqrasiya siyasətindən narazılıqlarını bildirirlər.
Agentlik yazır ki, fevralın 2-də Kaliforniya ştatında minlərlə insan artıq Trampın kütləvi deportasiya planına qarşı etiraz aksiyasında iştirak edib.
Əfsanə Kamal
Demokrat.az