AZ

Nazir Məcnun Məmmədov Xaçmaz və Şabranda şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub – FOTO

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, Xaçmaz rayonunda “FA Valley” MMC, “Xaçmaz-Şərab” ASC, Şabran rayonunda isə “Merit Brand” MMC şərab istehsalı müəssisələri ilə tanış olan nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Müəssisələrdə keçirilən görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra nazir Məcnun Məmmədov Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən broyler” ASC-nin fəaliyyəti ilə tanış olub, quş əti istehsalında müasir texnologiyaların tətbiqi ilə maraqlanıb. Nazirə müəssisədə bütün istehsalat zəncirinin beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırıldığı, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun toyuq əti istehsal olunması, məhsulların sertifikatlaşması prosesi barədə ətraflı məlumat verilib.

DOĞRU.AZ

image-1738753601294710336_1200x630 image-173875360172343701_1200x630 image-17387536011078323273_1200x630 image-17387536013249515847_1200x630 image-17387536016021745415_1200x630 image-1738753601142318487_1200x630 image-17387536013041510765_1200x630 image-17387536016482364565_1200x630 image-17387536015904023771_1200x630 image-17387536014808626958_1200x630 image-1738753601463265753_1200x630 image-17387536011031939828_1200x630 image-17387536014477012424_1200x630 image-17387536011340552791_1200x630 image-17387536013233051576_1200x630

Seçilən
60
8
dogru.az

10Mənbələr