USAİD, yəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin Prezidnet Tramp tərəfindən dayandırılıması ciddi hadisədir. Bəlkə, bu qərar bir çoxları üçün göslənilməz oldu, lakin Trampın prezidentliyinin 1-ci dövründə USAİD-nin proqramlarına skeptik yanaşmasının şahidi olmuşduq və o zaman hakimiyyətə gəlişinin həm kövrək olması, həm də təcrübənin azlığı səbəbindən bu kimi qətiyyətli addımlar ata bilmirdi.
Lakin ikinci dəfə prezident seçkilərində inamlı qələbə qazanan Tramp göründüyü kimi daha cəsarətli və qətiyyətli qərarlar qəbul edir. USAİD-nin bağlanması haqqında verilən qərar da bu qəbildən olan qərarlardandır.
Vəziyyət o yerə çatıb ki, yeni yaradılan “Hökumət Səmərəliliyi Departamenti”nin rəhbəriİlon Mask USAİD-ni cinayətkar təşkilat adlandırıb və onun"peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradaraq hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USİAD haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAİD-nin əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. İlk dəfədir ki, ABŞ admisnitrasiyasi özünün xarici siyasətindəUSAİD kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir.
Bu isə o ehtimalı gücləndirir ki, Tramp administrasiyası USAİD vasitəsilə dövlətlərin suverenliyinə vəsiyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək, həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini və konstitusyon quruluşunu maliyyələşdirdiyi QHT və mətbuat vasitəsilə dəyişməyə cəhd etməyəcək. Təbii ki, bu ehtimalların nə qədər özünü doğruldacağını yaxın aylarda biləcəyik.
Ancaq istənilən halda Trampın USAİD-in baş qərargahının bağlanması və orda ciddi yoxlamalara başlması haqqında qərarı təqdirə layiqdir və bu imkan verəcək ki,burada kök salmış cinayətkarşəbəkə, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.
Yaxşı ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə müdaxilə edilməsinin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacardı.Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015 illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişiklər edildi və bu sahədə olan bütün boşluqlar aradan qaldırıldı.