AZ

Qazaxıstan və Gürcüstan qazax neftinin BTC ilə nəql həcmini mərhələli şəkildə artırmağı hədəfləyib

Astana. Trend:

Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,4 milyon ton qazaxnefti daşınıb, indi əsas hədəf xammalın nəql həcmini mərhələlişəkildə 2,2 milyon tona qaldırmaqdır.

TrendQazaxıstan baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verirki, bu haqda Qazaxıstanın baş naziri Oljas Bektenovla Gürcüstanınbaş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdədanışılıb.

Görüşün gedişində başlıca olaraq ticari-iqtisadi əlaqələrininkişafı, nəqliyyat və logistika sahələrindən əməkdaşlığıngenişləndirilməsi, neft və neft məhsullarının danışması, rəqəmsaltexnologiyalar, kənd təsərrüfatı, turizm və başqa sahələrdəikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“Bu mənim iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsinəhədəflənmiş ilk və sözsüz ki, vacib, rəsmi Qazaxıstan səfərimdir.Bu gün bizim dövlətlər əməkdaşlığın müxtəlif istiqamətlərində böyüknailləyyətlər əldə edib. Biz Qazaxıstanla hərtərəfli tərəfdaşlığınbundan sonra da inkişaf etdirilməsində maraqlıyıq”, - deyə İrakliKobaxidze bildirib.

Bundan başqa, baş nazirlər neft və neft məhsullarının dünyabazarlarına daşınması ilə bağlı ölkələr arasındakı əməkdaşlıqməsələlərini müzakirə ediblər.

Kənd təsərrüfatı sahəsində də perspektivli əməkdaşlıq imkanlarıvurğulanıb. Belə ki, 2024-cü ilin yekunlarına əsasən, iki ölkəarasında aqrar ticarət dövriyyəsi 12,3% artaraq 71,2 milyon ABŞdollarına çatıb. Qazaxıstanlı sahibkarların Gürcüstan bazarına un,taxıl, bitki yağları, makaron məmulatları, qoyun və mal əti, südməhsulları, şirniyyat və digər ərzaq məhsullarının tədarükünüartırmaq potensialı var.

Eyni zamanda, aqrar sənaye kompleksinin kadr hazırlığı və elmitəminatı sahəsində əməkdaşlıq, o cümlədən birgə elmi tədqiqatlarınaparılması məsələləri müzakirə edilib. Uğurlu biznes əməkdaşlığınanümunə kimi Qazaxıstanın “QVM Technology”, “Ordabasy Group” və“Yervira” şirkətləri ilə Gürcüstanın “Olive Georgia” şirkətininbirgə həyata keçirdiyi zeytun ağaclarının Qazaxıstandaeksperimental əkilməsi layihəsi qeyd olunub.

Bundan başqa rəqəmsallaşdırma və turizm sahələrində əməkdaşlıqvə təcrübə mübadiləsi ilə bağlı məsələlər qaldırılıb.

Görüşün sonunda Qazaxıstan və Gürcüstan baş nazirləriticari-iqtisadi və mədəni-humanitar tərəfdaşlığı inkişaf etdirməkvə möhkəmləndirmək niyyətlərini təsdiq ediblər.

Qeyd edək ki, BTC 1768 kilometr məsafəyə qədər uzanır, onunburaxıcılıq qabiliyyəti günə 1,2 milyon barrelə çatır. Onun rəsmiaçılış mərasimi 13 iyul 2006-cı ildə Ceyhanda keçirilib.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr