Muxtar Babayevin Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunması ilə Azərbaycan Prezidentinin nümayəndələrinin sayı 10-a çatıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, 10 xüsusi nümayəndənin ikisi xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Elçin Əmirbəyov və Xələf Xələfov.
Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.