"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi "Direct Line Trading" MMC ilə müqavilə bağlayacaq.
Valyuta.az xəbər verir ki, müqavilə Tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması ilə bağlıdır.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 milyon 109 min 884 manatdır.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Məmmədov Sənan Vaqif oğludur. Şirkət 2018- ci ilin aprel ayında yaradılıb.
Maya Hüseynova