Türkiyə Super Liqası komandası "Qalatasaray" heyətini yeni müdafiəçi ilə gücləndirməyə yaxındır.
"Qalatasaray" Belçikanın "Genk" klubunun kolumbiyalı müdafiəçisi Karlos Kuestanı heyətinə qatmağa yaxındır.
"Operativ Media" xəbər verir ki, bu haqda türkiyəli idman jurnalisti Burhan Can Terzi məlumat yayıb.
"Sarı-qırmızılı" klub 25 yaşlı müdafiəçi və klubu ilə razılığa gəlib.
Qeyd edək ki, Karlos Kuesta "Qalatasaray"ın kolumbiyalı müdafiəçisi Davinson Sançeslə milli komandada birgə çıxış edir.