AZ

Sandersdən Maska “biznes” eyhamı


ABŞ-nin Vermont ştatından senator Berni Sandersin milyarder İlon Maskla bağlı paylaşımı müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, o, “X” sosial şəbəkə hesabında İlon Maskın ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasında xərclədiyi pulların ona yaxşı gəlir gətirməsinə eyham vurub.
“İlon Mask Donald Trampı prezident seçmək üçün 277 milyon dollar xərcləyib. Seçki günündən bəri isə o, 154 milyard dollar varlanıb. Onun sərmayəsi pis gəlir gətirmir”, - deyə 83 yaşlı senator bildirib.
Qeyd edək ki, Berni Sanders 2007-ci ildən Vermont ştatından senator seçilib. O, ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir.
2015-ci ilin dekabrında Sanders “Time” jurnalının oxucuları arasında “İlin Adamı” sorğusunda birinci olub. 2016-cı ilin mart ayında isə “Time” oxucuları arasında "Dünyanın 100 ən nüfuzlu adamı" reytinqində birinci yeri tutub.
Seçilən
10
yeniavaz.com

1Mənbələr