AZ

VACİB XƏBƏR! Azərbaycanda kimlər vergidən AZADDIR? Vergi sistemində YENİLİKLƏR...

İqtisadiyyatın inkişafı heç şübhəsiz ki, sahibkarlar üçün yaradılan imkanlardan da asılıdır. Vergi sektoru isə iqtisadiyyatda ən vacib sahələri əhatə edir.  Azərbaycanda qanunvericiliyə görə kimlər vergidən azaddır? Ümumiyyətlə vergi sistemində hansı dəyişikliklərə ehtiyac var?  


Məsələ ilə bağlı vergi məsələləri üzrə ekspert Nərmin Qurbanəliyeva Referans.az" target="_blank">Referans.az -a açıqlamasında bildirib ki,  ümumiyyətlə 2024 - cü ilə qədər vergi məcəlləsinə edilən dəyişikliklərə qədər mikrosahibkarlıq subyektləri istər gəlir və istərsə də mənfəət gəlir ödəyicisi olsun gəlirlərin 75 faizi vergidən azad idi.  Lakin 2024- cü ildə vergi məcəlləsinə edilən dəyişikliklərinə görə mikrosahibkarlar o zaman güzəştlər əldə edə bilərdilər ki, ən azı 3 nəfərdən az olmamaqla işçiləri olmalı idi. Həmçinin də Dövlət Sosial Sığorta şirkətinə  borc olmamalı idi ki, həmin sahibkarlar 75 faizlik güzəştdən faydalana bilsinlər.




Ekspert onu da diqqətə çatdırıb ki, vergi ödəyicilərinin qarşısına belə bir tələbin qoyulması onlar arasında narahatlığa səbəb oldu. Daha sonra 2025- ci ilin Vergi Məcəlləsinə mikrosahibkarlıqla bağlı dəyişikliklər edildi. Bu dəyişikliyə görə SDF - ə borcu olan və 3 nəfərdən az işçisi olan sahibkarlar da 75 faiz güzəştdən istifadə etmək hüququna malik oldular.  Mikrosahibkarlıq sahələrindən təcümə, hüquqi xidməti, reklam xidməti, sərbəst auditor, mühasib, maliyyə, mədəniyyət sahələrində göstərilən xidmətlər, turizm bələdçiliyi və bu kimi sahələrdə dövriyyəsi 45 min manata qədərdirsə  bu zaman sahibkarın əldə etdiyi vergilərin 75 faizi vergidən azaddır.





Mütəxəssis həmçinin onu da bildirib ki, 2025- ci ildən özəl şirkətlər tərəfindən bərpa olunan enerjinin istehsalı ilə məşğul olan şəxslər həm gəlir vergisindən həm də mənfəət vergisindən də azad olunurlar. Eyni zamanda torpaq və əmlak vergilərindən də azaddırlar.  Bu fəaliyyət üzrə texnologiyaların idxalı da ƏDV - dən azad edilibdir. Bu müddət 30 illikdir. Bu prosesi ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəlmiş bir tədbir kimi qiymətləndirmək olar.



Ekspert eyni zamanda vergi sistemi ilə bağlı təklifini də bildirib. O qeyd edib ki, ƏDV - də differsionallaşdırılmanın aparılması çox yaxşı olardı. Misal üçün orta və kiçik sahibkarlıq subyektlərində ƏDV dərəcələrinin aşağı olması çox effektiv olar. Bundan başqa maliyyə və vergi uçotunun uyğunlaşdırılması məsələsi var. Beynəlxalq standartlarda vergi məcəlləsi fərqli tənzimlənir.  Fərdlərin ortaya çıxması problemlər yaradır. Çünki beynəlxalq standartlarda tələblər başqa bizim vergi məcəlləmizdə isə tam başqa tələblərdir. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir. 


"Xarici investorların ölkəyə cəlb olunması məsələsi də əhəmiyyətlidir.  Azərbaycanda xarici investorlara müəyyən güzəştlərin edilməsi çox müsbət nəticələr verə bilər. Ümumiyyətlə qeyri-neft sektorunun inkişafı üçün  gələcəkdə sahibkarlar üçün bir çox güzəştlər tətbiq edilməlidir.  Bu kimi addımların atılması çox olsa yaxşıdır. Sadələşdirilmiş vergi istiqamətində də dəyişikliklər olmalıdır. Bu sahədə limitin artırılması da  mühümdür. Daha sonra vergi-gömrük sisteminin birləşdirilməsi də əsas təkliflərdən ola bilər", - deyə ekspert əlavə edib.



Bünyamin Bünyadzadə

Referans.az" target="_blank">Referans.az

Seçilən
1
1
referans.az

2Mənbələr