AZ

"Kəpəz"in baş məşqçisi: "Neftçi" ilə oyunda şans biz tərəfdə deyildi"

Şans biz tərəfdə deyildi.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Maraqlı oyun oldu. Yeni futbolçularımızı meydanda görmək üçün şans əldə etdik. Məncə, pis təsir bağışlamadılar. Oyun ərzində qol epizodları yaradırıq və bunlardan maksimum istifadə etməyi bacarmalıyıq. Amma reallaşdırmaqda problemlərimiz var. Hər hissədə 3-4 qol vəziyyətlərimiz oldu. Şans biz tərəfdə deyildi. Xeyirlisi nədirsə, o da olsun. İrəli baxmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
4
2
report.az

3Mənbələr