Bakı, 5 fevral, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. “Azərreyl” və MOİK komandalarının görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, IX turun növbəti oyunları fevralın 6-da keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” klubu “Neftçi” ilə, Fövqaladə Hallar Nazirliyinin idman zalında baş tutacaq turun son görüşündə isə “Xilasedici” “Murov Az Terminal”la üz-üzə gələcək.