“Tramp da açıq deyir ki, müharibə heç nəyi həll edən deyil. Yəni demək istəyir ki, biz Ukraynaya nə qədər yardım etsək belə, o xalqı niyə aldadaq, onlar Rusiyaya qalib gələ bilməyəcəklər...”
“Əlbəttə, Tramp-Putin görüşü nəticəsində hələ sülh sazişi əldə olunmayacaq, sadəcə siyasi razılaşma əldə olunacağı gözlənilir. Və siyasi məsələlərin həllini bundan sonra baş tutacaq hansısa növbəti danışıqların üzərinə yükləmək kimi yalançı vədlər veriləcək. Çünki hamı başa düşür ki, müharibə ilə həll olunmayan məsələ danışıqlar mövzusu olsada belə, onun həll edilmək şansı çox azdır. Deməli, təxminən anlaşılır ki, hazırda hər tərəfin kontrol etdiyi ərazilər bu və ya digər nisbi dəyişikliklərlə öz əllərində də qalacaq”.
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu barədə Moderator.az əməkdaşının “Necə hesab edirsiz, bütün dünyanın həyəcanla gözlədiyi Trampla Putin arasında Ukrayna ilə bağlı görüş tezliklə baş tutacaqmı? Və bundan Ukrayna xalqı üçün, ümumiyyətlə, ədalətli sülhün əldə olunması istiqamətində müsbət nəticə gözləyirsinizmi?” sualını cavablandırarkən danışıb.
“Tramp da açıq deyir ki, müharibə heç nəyi həll edən deyil. Yəni demək istəyir ki, biz Ukraynaya nə qədər yardım etsək belə, o xalqı niyə aldadaq, onlar Rusiyaya qalib gələ bilməyəcəklər... Və o da var ki, əhalinin böyük bir hissəsi Ukraynanı tərk edib. Hətta bəzi mənbələrin məlumatına görə, hazırda ukraynalıların 50 faizi ölkə ərazisində yoxdur. Və sual meydana çıxır: Avropada qaçqın statusu almış insanların Ukraynaya qayıdışı mümkün olacaqmı? Onlar çox çətin qayıdarlar... Ələlxüsus da ona görə ki, ölkələri ciddi şəkildə ziyan görüb, çoxlarının qoyub getdiyi evlər dağıdılıb... Sosial infrastruktur məhv edilib və demək olar ki, dövlət iflic vəziyyətindədir”, -deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.
Sultan Laçın