AZ

''Benfika'' Kərəmin mövqeyinə daha bir oyunçu aldı

Mövsümün əvvəlində 12 milyon avroya ''Qalatasaray''dan ''Benfika''ya transfer olunan və Portuqaliya karyerası nağıllardakı kimi başlayan Kərəm Aktürkoğlu son dönəmlərdə eniş yaşayır.

''Football-plus.az'' xəbər verir ki Türkiyə yığmasının üzvünün həm məhsuldarlığı aşağı düşüb, həm də o, əsas heyətdəki yerini itirməyə başlayıb. Baş məşqçi Bruno Laje son oyunlarda sol vinger mövqeyində Kərəmdən çox 19 yaşlı Andreas Şelderupa şans verir. Bu azmış kimi Aktürkoğlunun əleyhinə işləyə biləcək daha bir olay yaşanıb.

Belə ki, Lissabon nəhəngi heyətini Bruma ilə gücləndirib. Bu futbolçu türkiyəli futbolsevərlərə gözəl tanışdı. Çünki həm ''Qalatasaray'', həm də ''Fənərbaxça''da top qovub. 30 yaşlı futbolçu 2022-də ''Fənər''dən ''Braqa''ya yollandıqdan sonra karyerasında yüksəliş yaşamağa başladı. ''Benfika'' onu 6 milyon avroya heyətinə qatıb.

Beləliklə bu komandada sol vingerlərin sayı 3-ə çatıb. Bruma bu mövsüm ''Braqa''da 31 rəsmi oyunda 12 qol, 9 məhsuldar ötürməlik performans sərgiləyib.

ƏLİ

Seçilən
24
football-plus.az

1Mənbələr