Ümumdünya Qızıl Şurasının (WGC) illik hesabatına görə, qlobal qızıl tələbi 2024-cü ildə kütləvi mərkəzi bank alışları və artan investor marağı fonunda rekord həddə yüksələcək.
2024-cü ildə əsas mərkəzi banklar ehtiyatlar üçün qiymətli metallar almağa davam etdilər və investisiya tələbi artdı. Qızıl qiymətləri 2024-cü ildə dəfələrlə yeni rekordlar vurub. WGC bildirib ki, rekord yüksək qızıl qiymətləri və alış həcmlərinin birləşməsi il üçün tələbin ümumi dəyərini rekord 382 milyard dollara çatdırıb.
2024-cü ildə mərkəzi bankın ümumi alışları 1045 tona yüksəldi ki, bunun da 333 tonu dördüncü rübdə alınıb. 2024-cü ildə mərkəzi banklar arasında ən böyük alıcı qızıl ehtiyatlarını 90 ton artıran Polşa Mərkəzi Bankı olub. Türkiyə Mərkəzi Bankı qızıl ehtiyatlarını 75 ton artıraraq onu mərkəzi banklar arasında qızılın ikinci ən böyük xalis alıcısına çevirib. WGC hesabatında deyilir ki, Hindistan Ehtiyat Bankı üçüncü yerdə qərarlaşıb (illik əvvəlki 16 tona qarşı 73 ton), dekabr ayı istisna olmaqla, ardıcıl olaraq hər ay qızıl alır.
Nigar