Tbilisi, 5 fevral, AZƏRTAC
Gürcüstanda dövlət toxunulmaz olacaq. Biz xarici qüvvələrə və agentlərə, bir sözlə, heç kimə imkan verməyəcəyik ki, dövləti və nümayəndələrini təhqir etsinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı bildirib ki, ölkənin Cinayət və İnzibati Xətalar Məcəlləsində bununla bağlı maddələr sərtləşdiriləcək: “Dövlət toxunulmaz olacaq və heç kimə, xüsusən də xarici qüvvələrə və xarici agentlərə Gürcüstan dövlətinin və nümayəndələrinin təhqirinə və alçaldılmasına imkan verilməyəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi