Rusiya Maliyyə Nazirliyi ölkənin qızıl və yuanla ifadə olunan aktivlərdən ibarət Milli Rifah Fondundakı ehtiyatlarının 2025-ci ilin yanvarında 11,96 trilyon rubla (təxminən 118,8 milyard dollar) yüksəldiyini açıqlayıb.
Yanvarda Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları əvvəlki ayla müqayisədə 0,67 faiz artaraq 11,96 trilyon rubla (təxminən 118,8 milyard dollar) çatıb.
Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada ehtiyatların ÜDM-ə nisbətinin 5,6 faiz səviyyəsində olduğu qeyd edilib.
Ölkənin Milli Rifah Fondu qızıl və yuandakı aktivlərə malikdir. Rusiya 2021-ci ilin iyulunda Milli Rifah Fondundakı dollar, 2022-ci ildə sterlinq və yen, 2024-cü ilin yanvarında isə avro ehtiyatlarını sıfıra endirib.