AZ

Bu qidalar sürətli yaşlanmağa səbəb ola bilər

Neyrobioloq Robert Lav qocalma prosesini ləngitmək üçün insanların çəkinməli olduğu məhsullar barədə danışıb.

Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis ilk növbədə şəkəri yüksək olan qidalardan imtina etməyi məsləhət görür.

Yaşlanmanın əsas səbəblərindən biri olan iltihabı artırır. İkincisi, emal olunmuş ətlərdən uzaq durmalısınız. Tərkibində susuzlaşdırmaya səbəb olan konservantlar və çoxlu duz ola bilər.Üçüncüsü, qızardılmış qidalar qocalmanın sürətlənməsinə səbəb olur.

Qızartma orqanizmdə iltihabın səviyyəsini kəskin şəkildə artıran maddələrin miqdarına təsir edir. Robert Lav həmçinin şirin qazlı içkilərdən və spirtdən imtina etməyi tövsiyə edir.

Seçilən
6
medianews.az

1Mənbələr