AZ

Ər arvadına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 oktyabr 2024-cü ildə baş verib. Fazil həmin gün saat 23 radələrində yaşadıqları evin yataq otağında arvadı Samirə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sağ üz nahiyəsinə təpiklə bir dəfə vurub. Onu yerə yıxaraq üst və alt dodağın dərialtı nahiyyələrinə xəsarətlər yetirib. 

Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə  üzvləri ilə birgə yaşayır və hazırda fərdi əməklə məşğuldur: “Həyat yoldaşım Samirə ilə 11 ildir ailə həyatı qurmuşam və 2 övladım var. Demək olar ki, ailə həyatı qurduğum dövrdən ailədə mübahisələrimiz olub. Son 2-3 ildir ki, mübahisə qısqanclıq zəminində yaranıb. Hadisə günü,  saat 23 radələrində yaşadığım evə gəldim. Evə gəldikdə Samirə ilə ailə daxili məsələlərə aydınlıq gətirmək üçün onunla söhbət etmək istədiyimi dedim. Samirə ilə birgə evin yataq otağına keçdik. Bir qədər söhbət etdikdən sonra Samirə dediklərimə əhəmiyyət verməyərək öz fikirlərini aqressiv şəkildə ifadə edərək mənimlə uca səslə danışmağa başladı. Samirə mənim sözlərimə laqeyd münasibət bəslədiyini gördükdə, daha da əsəbləşdim. Əsəbi şəkildə Samirə ilə uca səslə danışaraq icazəsiz həyətə düşdüyü üçün irad bildirdim, kənar şəxslərlə danışaraq münasibət qurduğunu dedim. Bundan sonra əsəblərimi cilovlaya bilmədiyimdən yataq otağında təpiklə Samirənin sağ üz nahiyyəsinə vuraraq xəsarət yetirdim. Vurduğum zərbədən Samirə sol qalça nahiyyəsinə üzərinə yerə yıxıldı. Bundan sonra əsəblərimin sakitləşməsi üçün evdən getdim. Sonradan məlum oldu ki, Samirə hadisə hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Mübahisə zamanı evdə heç kim olmadığından hadisəyə şahidlik edən olmayıb. Hadisə təxminən 1-2 dəqiqə davam edib”.

İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, həyat yoldaşı Fazil içki aludəçisidir: “Demək olar ki, onunla ailə həyatı qurduğum vaxtlardan aramızda ailə məişət zəminində problemlər yaranıb. Buna səbəb isə onun içkili halda evə gəlməsi olub. Son 1 ildir ki, Fazil mütəmadi olaraq içkili halda evə gələrək müxtəlif bəhanələrlə mübahisə edib. Mübahisə zamanı məni nalayiq ifadələrlə söyərək təhqir edib”. 

Samirə qeyd edib ki, hadisə günü, saat 23 radələrində həmişə olduğu kimi həyat yoldaşı Fazil evə gələrək onun başqa şəxslərlə münasibətdə olduğunu gördüyünü iddia  edib, onu nalayiq ifadələrlə söyərək təhqir etməyə başlayıb:

“Fazilin dediklərini yanlış olduğunu desəm də, Fazil əsəbi halda yataq otağında mübahisə edərək sifətimin sağ nahiyyəsinə təpiklə vuraraq xəsarət yetirdi. Həmin zərbə nəticəsində sol qalça nahiyyəm üzərinə yerə yıxıldım. Dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Fazil evdən çıxaraq getdi. Mübahisə zamanı evdə mübahisəyə şahidlik edən olmayıb. Hadisə təxminən 1-2 dəqiqə davam etdi. Hazırda təqsirləndirilən şəxslə barışmışam, ondan şikayətim yoxdur”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazil 1000 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
4
demokrat.az

1Mənbələr