AZ

Paytaxtın mərkəzi küçəsində taksi duracağını zəbt edən sürücülər - VİDEO

Sürücülərin son aylarda şikayətləndiyi məsələlərdən biri də nəqliyyat vasitələrinin naşı idarəçiləri tərəfindən harda gəldi saxlanması, parklanmasıdır. Bu səbəbdən də bir çox hallarda taksi fəaliyyəti göstərən sürücülər onlar üçün ayrılan yerlərin az olması vaxtaşırı gündəmə gətirirlər.

Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda sürücülərin pozduğu qaydalar narazılığa səbəb olub.

Belə ki, rayonun Bəsti Bağırova küçəsində taksilər üçün ayrılan parkinqdə başqa avtomobillər saxlayıb. 77-MN-339, 77-EG-525, 90-PU-753 qeydiyyat nişanlı müvafiq olaraq “Haval”, “Toyota və “Jeep” markalı avtomobillərin harda boş yol kənarı görsələr, maşını ora dürtmələri səbəbindən ərazidəki taksilər saxlamağa yer tapa bilmir. Bu da taksi sürücülərinin haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, belə qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilir.

Səfər

Seçilən
1
avtosfer.az

1Mənbələr