Estoniyada Auvere elektrik stansiyası və kombinə edilmiş istilik elektrik stansiyasının altıncı enerji bloku ölkə BRELL elektrik şəbəkəsindən ayrılana qədər sıradan çıxıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Ölkənin Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın enerji sistemlərini birləşdirən enerji halqasından ayrılması ərəfəsində Estoniyanın Narvadakı istilik elektrik stansiyasının altıncı enerji bloku və Auvere elektrik stansiyasının işləmədiyi aşkarlanıb.
Qazan nasazlığı səbəbindən Auvere beş gündür xidmətdən kənarda qalıb. Energetiklər vəd edirlər ki, Narvada enerji bloku fevralın 6-da işə başlamalıdır.
Bundan əvvəl Estoniyanın “Eering” enerji şirkəti Baltikyanı ölkələrin fevralın 8-də Rusiyanın elektrik şəbəkəsindən ayrılacağını və Avropaya qoşulacağını açıqlamışdı. Hal-hazırda üç ölkənin enerji sistemləri IPS/UPS sistemində işləyir: Rusiya orada tezliyə nəzarət edir. Kontinental Avropanın tezliyi ilə sinxronlaşdıqdan sonra Baltikyanı ölkələr ona müstəqil şəkildə nəzarət edə biləcəklər.
Nigar