AZ

Yalçın Rəfiyev Somalidə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. Trend:

4-5 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası xariciişlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə AzərbaycanRespublikasının hökumət missiyası Azərbaycan və Somali arasındaikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdəəməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarçərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıqmünasibətlərinin davam etdirilməsi məqsədilə Somali FederativRespublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərzamanı nümayəndə heyətinin Somali Federativ Respublikasının Başnazirinin müavini Salah Əhməd Cama, xarici işlər və beynəlxalqəməkdaşlıq naziri Əhməd Moallim Fiqi, neft və mineral resurslarnaziri Dahir Shire Mohamed, müdafiə naziri Abdulkadir Mohamed NurJama, planlaşdırma, investisiya və iqtisadi inkişaf naziri MohamudBeenebeene, təhsil, mədəniyyət və ali təhsil naziri FarahAbdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat QurumununDirektoru, həmçinin Balıqçılıq və Mavi İqtisadiyyat Nazirliyinin,Kənd Təsərrüfatı və Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə vəOtlaq Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri iləgörüşləri keçirilib, Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinətanışlıq səfəri təşkil olunub.

Bildirilir ki, keçirilmiş görüşlər zamanı ölkələrimiz arasındason illər ərzində təmasların intensiv hal aldığı və bununəməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığıdiqqətə çatdırılıb. Həmçinin, bir sıra istiqamətlər, o cümlədənneft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitarvə təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialınmövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqaviləbazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlərNazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlərnazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xariciişlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Ali Mohamed OmarBalad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəflisiyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digərbeynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirəedilib.

Hökumət missiyasına Azərbaycan Respublikasının Müdafiə, MüdafiəSənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd TəsərrüfatıNazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin nümayəndələri daxil olub.

Məqalədə:
Seçilən
10
16
az.trend.az

3Mənbələr