Bakı. Trend:
AZAL-ın J2-8243 reysi üzrə Bakı-Qroznı reysini həyata keçirən“Embraer 190” tipli sərnişin təyyarəsi Qroznıya yaxınlaşanda havadumanlı olub. Birinci cəhddə enmək mümkün olmayıb. Dövrə vuraraqikinci dəfə həmin aeroporta enməyə çalışıb. Buna nail ola bilməyibvə havaya qalxarkən ona kənar zərbə endirilib, bunu “qara qutu”dakıməlumatlar da göstərir. Aradan bir neçə saniyə keçdikdən sonrayenidən zərbə endirilib. Kənar müdaxilə nəticəsində təyyarəningövdəsində dəliklər əmələ gəlib. Zərbə nəticəsində göyərtədə olansərnişinlər zərər görüb.
Bunu Trend-əaçıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, təyyarə hava şəraitinin əlverişli olmamasısəbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdənsonra kapitan Bakıya qayıtmaq barəsində qərar qəbul edib:
“Lakin təyyarə “Pantsir-S1”lə vurulub, onun mərmiləri təyyarənidəlmə-deşik edib. Qroznı üzərində 24 saniyə aralıqla iki dəfə kənarsəsin gəlmə faktı qeydə alınıb. Birinci kənar səsdən 4 saniyə sonra3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməkləsıradan çıxıb. Saat 05:13:32-də hava gəmisinin əsas idarəetməsistemləri itirilib, 05:21:42-də əlaqələndirici dispteçer “Kovyor”əməliyyatı barədə Qoznıya məlumat verib. Bu, hava gəmisininpilotuna bildirilməyib".
Politoloq hesab edir ki, bütün bunlar təyyarənin məhz Qroznıhava limanının üzərində Rusiya HHM tərəfindən vurulduğunugöstərir.
"Rusiya tərəfi bu hadisədən sonra izi itirmək, ört-basdır etməkistəyib. Lakin Prezident İlham Əliyevin qətiyyətli tələbindən sonrabeynəlxalq komissiya yaradıldı. “Qara qutu” təyyarənin istehsalçıölkəsi olan Braziliyada deşifrə edildi. Rusiya Azərbaycanıntələbindən sonra razılaşdı ki, araşdırma beynəlxalq səviyyədəaparılsın. Araşdırmalardan sonra daha da aydın olur ki, təyyarəmizməhz Rusiya hava məkanında vurulub. Bundan sonra Rusiya tərəfirəsmi şəkildə üzr istəməlidir. Cinayətkarlar cəzalandırılmalıdır.Azərbaycana kompensasiya ödənilməlidir”, - deyə E.Həsənov qeydedib.