AZ

Moskva Rusiya və Belarusa qarşı adi silahlarla hücum zamanı da nüvə silahı tətbiq edə bilər

Rusiya və Belarusa hücum, bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaranarsa Rusiya nüvə silahından istifadə edə bilər.

APA-nın xəbərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinin ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi Belarusla təhlükəsizlik zəmanəti haqqında müqavilədə əksini tapıb.

Müqaviləyə əsasən, Rusiya və ya Belarusa qarşı nüvə silahı və ya digər növ kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq, o cümlədən bu ölkələrdən birinin suverenliyinə və ya ərazi bütövlüyünə kritik təhlükə yaradan adi silahlardan istifadə edən tərəflərdən hər hansı birinə qarşı təcavüz halında Rusiya nüvə silahından istifadə edə bilər.

Seçilən
11
1
apa.az

2Mənbələr