AZ

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna itkilərlə çıxacaq

Sabah "Araz-Naxçıvan" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə" ilə qarşılaşacaq.

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda sabah “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyunöncəsi son məşqini keçirib.

"Operativ Media" xəbər verir ki, təxminən 1 saata yaxın davam edən çalışma zamanı futbolçular taktiki tapşırıqları yerinə yetiriblər. Bir müddətdir zədədən əziyyət çəkən Bəxtiyar Həsənalızadə və Ömər Buludovun müalicəsi davam edir. 

Qeyd edək ki, oyun sabah – fevralın 6-da, saat 16:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

Seçilən
4
operativmedia.az

1Mənbələr