AZ

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

Bakı. Trend:

KOBİA-nın Müşahidə Şurasının iclasında Agentliyin 2024-cü ilüzrə hesabatı təqdim edilib, 2025-ci ilə dair planlar müzakirəolunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) MüşahidəŞurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovunsədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzindəfəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişafistiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dairdair təqdimatlar keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövrərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, ocümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyəresurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOBmaraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumatverib. Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərinehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqlasahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmətinfrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətindəhəyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.

İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlıMüşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələraparılıb, müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Seçilən
15
8
az.trend.az

10Mənbələr