Sevgililər Günü, yəni 14 Fevral üçün nəzərdə tutulan ulduz müğənni Ebru Gündeşin konserti “cibləri yandıracaq.
News24.az lent.az-a istinadən xəbər verir ki, o, həmin gün İstanbulda Boğaziçi üzərindəki ultra dəbdəbəli Mandarin Oriental otelində səhnəyə çıxacaq.
Lüks həyatın bütün sərhədlərini aşan bu gecədə iştirak etmək əsl sərmayə tələb edir! Sənətçini ön cərgədən izləmək istəyənlərin 100 min TL ödəməsi lazımdır.
Bilet qiymətləri səhnəyə yaxınlıqdan asılı olaraq dəyişir. Arxaya doğru hərəkət edərkən, sırasıyla 90 min TL, 80 min TL, 70 min TL, 55 min TL, 45 min TL və 20 min TL kimi qiymət variantları var.