AZ

Stres və yuxusuzluqda bu şorabanı yeyin



Narahatlıq, təşviş və yuxusuzluq zamanı rasiona əlavə edilən qidalardan biri də şoraba ola bilər.


“Medicina” xəbər verir ki, reabilitasiya həkimi Sergey Aqapkin duzlu kələmin yuxunun keyfiyyətinə və psixo-emosional vəziyyətə müsbət təsir göstərdiyini deyib.

Şorabanın naharda hər gün yeyilməsi gecə yuxusunun keyfiyyətini yaxşılaşdıra bilər.

Əslində digər fermentləşdirilmiş məhsulların da oxşar təsiri var. Onların müsbət xüsusiyyətləri bağırsaq mikroflorasına təsiri ilə izah olunur.

Fermentasiya edilmiş qidalarda faydalı bağırsaq bakteriyalarını artıran, aktivləşdirən probiyotiklər var. Və bilirik ki, bağırsaqlar beyinlə bağlıdır: onun bakterial tarazlığının yaxşılaşdırılması mərkəzi sinir sisteminin sağlamlığını gücləndirir.

Demək olar ki, bütün dərin fermentasiya məhsulları, o cümlədən duzlu kələm, beyində müsbət dəyişikliklərə səbəb olur, o cümlədən insanın yuxuya getmə qabiliyyətini yaxşılaşdırır və narahatlığı azaldır"


Bu məhsul hipertoniya və qeyri-sağlam böyrəkləri olan insanlar tərəfindən ehtiyatla qəbul edilməlidir.


Aygün Musayeva


Seçilən
18
3
medicina.az

4Mənbələr