AZ

Xarici vətəndaşlar üçün "deportasiya rejimi" qüvvəyə minib

Xarici

Fevralın 5-dən Rusiyada miqrantlara qarşı sərtləşdirilmiş nəzarət - "deportasiya rejimi" qüvvəyə minib. “Ulusum”.az rusiya mətbuatına istinadən xəbər verir ki, Bu qanunu keçən avqustda prezident Vladimir Putin imzalamışdı. Tələb olunan sənədləri olmayan xaricilər hərəkət azadlığından məhrum olacaq. Polis isə qeyri-leqal şəxsləri tutmaq üçün əlavə səlahiyyətlər əldə edib.Yeni qanuna əsasən, sənədsiz xarici vətəndaşlar nəinki yaşayış yerini dəyişə, hətta müəyyən bölgələrə daxil ola bilməyəcəklər. Həmçinin, onlara Rusiyada nikaha daxil olmaq, bəzi hüquqlardan istifadə etmək də qadağan olunacaq. Hüquq-mühafizə orqanları bu qaydaların pozulmasını aşkar etdikdə miqrantların ölkədən çıxarılmasını asanlaşdırmaq üçün təcili tədbirlər görə biləcəklər.Bu sərtləşdirmələr miqrasiya prosesinə nəzarəti artırmaq və təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Lakin bəzi ekspertlər bu tədbirlərin miqrantların hüquqlarını ciddi şəkildə məhdudlaşdıracağını bildirir.Səidə

Diqqət Çəkənlər

Sabah Azərbaycanda hava necə olacaq?

Yunanıstan əhalisi güclü zəlzələdən ehtiyat edərək adanı tərk edirlər

Mətbuat Şurasının sədri kimlərə mesaj göndərdi?

Seçilən
11
ulusum.az

1Mənbələr