Bakı. Trend:
“AnTuTu” bençmarkının tərtibatçıları yanvar ayında dünyanın ənyüksək reytinqli smartfonlarının siyahısını dərc edib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, siyahıya 2,89 milyona yaxınballa “MediaTek Dimensity 9400” prosesoru ilə çalışan “Vivo X200Pro Satellite Edition” smartfonu gəlir. Ardınca 2,88 milyon balla“Oneplus Ace 5 pro” subflaqmanı və 2,86 milyon balla “Red Magic 10Pro+” smartfonları gəlir. Hə iki model güclü “Snapdragon 8 Elite”prosesoru ilə çalışır.
“Snapdragon 8 Elite” prosesoru ilə işləyən başqa bir model isə -“iQOO 13” 2,85 milyon balla dördüncü mövqedə qərarlaşıb.
Top-beşliyi “Dimensity 9400”çipi ilə təchiz olunmuş “iQOO Neo 10Pro” smartfonu bağlayır.
Saytda qeyd olunur ki, reytinqə çin bazarında satışa çıxarılansmartfonlar düşüb.