AZ

Rusiya və Ukrayna arasında əsirlər mübadiləsi – 150 nəfər qayıtdı

757
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 5-də danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbçi Kiyev nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib. Hazırda bütün rusiyalı hərbçilər Belarus Respublikası ərazisindədirlər və orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır”, - məlumatda deyilib.
Nazirlik azadlığa çıxan bütün hərbçilərin qurumun tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacağını açıqlayıb:
Seçilən
16
yeniavaz.com

1Mənbələr