AZ

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ölkəsi ilə Rusiya arasında daha bir məhbus mübadiləsinin həyata keçirildiyini açıqlaayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə bunları qeyd edib:

"Biz 150 əsgərimizi Rusiya əsirliyindən geri qaytarırıq. Bunlar Mariupol və Zaporojye vilayətlərində əsir düşmüş Hərbi Dəniz Qüvvələrinin əsgərləri, Hərbi Hava Qüvvələrinin, Hava Hücumunun və Quru Qoşunlarının əsgərləridir. Onları birləşdirən Ukrayna uğrundadöyüşürlərdir".

Zelenski bəzi əsgərlərin 2 ildən artıqdır ki, əsir saxlandığı barədə məlumat paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, danışıqlar nəticəsində 150 ​​Ukrayna əsgərinin Kiyevə təhvil verildiyi, əvəzində isə 150 ​​rus əsirinin alındığı bildirilib.

Sözügedən rus əsgərlərinin hazırda Belarusda olduqları və onlara psixoloji və tibbi yardım göstərildiyi bildirilən açıqlamada, azad edilən bütün əsir əsgərlərin nazirliyə bağlı səhiyyə müəssisələrində müalicə olunmaq üçün Rusiyaya gətiriləcəyi qeyd olunub.

Açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məhbus mübadiləsində vasitəçilik etdiyi söylənilib.


Müəllif: Teleqraf.com
Seçilən
30
teleqraf.com

1Mənbələr