AZ

Bu ölkədən vasitəçilik: Rusiya-Ukrayna 150 nəfəri mübadilə etdi

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə 150/150 formatında hərbi əsirlərin mübadiləsinin baş tutması ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, 150 rus hərbçisi Ukrayna əsirliyindən azad olunaraq geri qaytarılıb, Rusiya isə Ukrayna Silahlı Qüvvələrinin 150 hərbçisini qarşı tərəfə təhvil verib.

Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçib. BƏƏ Rusiya və Ukrayna arasında humanitar məsələlərdə artıq bir neçə dəfə vasitəçi rolunda çıxış edərək, danışıqların aparılmasında və əsir mübadiləsinin təşkilində iştirak edib.

Seçilən
9
4
axar.az

5Mənbələr