Fins.az - İspaniyanın ən böyük bankı olan Banco Santander SA, 2024-cü ilin dördüncü rübündə təmiz mənfəətini və gəlirini artırdığını açıqlayıb.
Bankın təmiz mənfəəti 11% artaraq 3,27 milyard avroya yüksəlib. Bu göstərici, analitiklərin proqnozlarından daha yüksək olub, çünki ekspertlər təxminən 2,95 milyard avro təmiz mənfəət gözləyirdilər.
Dördüncü rübdə Banco Santander-in gəliri də 10% artaraq 16,03 milyard avroya çatıb. Əvvəlki ilin eyni dövründə bu göstərici 11,78 milyard avro idi. Bank, 2025-ci ildə gəlirini daha da artırmağı planlaşdırır.
Bankın material kapitalın rentabellik göstəricisi (RoTE) 2024-cü ildə 16,3% təşkil edib və 2025-ci ildə bu göstəricinin 17%-i keçməsi gözlənilir. Həmçinin, bankın birinci dərəcəli əsas kapitalın (core Tier 1) payı dekabr ayında 12,8%-ə yüksəlib, əvvəlki ildə bu göstərici 12,3% idi.
Banco Santander, gəlirlərinin bir hissəsini 2025 və 2026-cı illərdə öz səhmlərinin geri alınmasına yönəltməyi planlaşdırır. Bank, səhmlərinin dəyərini 10 milyard avro ilə artırmağı nəzərdə tutur.
Bu müsbət nəticələr, bankın səhmlərinin qiymətinin 7,7% artmasına səbəb olub və son 12 ayda Banco Santander-in bazar dəyəri 1,5 dəfə artaraq 75,45 milyard avroya çatıb.