AZ

Milyarderdən keçmiş həyat yoldaşı ilə bağlı paylaşım: "Şəkli hələ də..." - FOTO

Rusiyalı milyarder Aleksandr Lebedev keçmiş həyat yoldaşı Lena Perminova ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, o, "Instagram" hesabında paylaşdığı fotoda Lenanın fotosunun iş masasında olduğunu nümayiş etdirib.

“Şəkil hələ də ofisimdə durur. Şayiələr, dedi-qodular və kəhanətlər boş işdir", - deyə o yazıb.

Xatırladaq ki, ötən il dekabrın 25-də Perminova şəxsi bloqunda özündən 27 yaş böyük milyarder Aleksandr Lebedevdən ayrıldığını elan edib. Bloqqer ayrılığın səbəbini açıqlamayıb.

Qeyd edək ki, cütlük 20 il münasibətdə olub. Onların dörd övladı var.

Seçilən
55
4
publika.az

4Mənbələr